İdman
Bu gün Azərbaycan kubokunun püşkü atılır

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2015/16 mövsümünün püşkü atılacaq.
Publika.az xəbər verir ki, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.
Komandalardan 10-u Premyer Liqa, 9-u I divizion təmsilçisidir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.
İlkin mərhələ oyunları oktyabrın 14-də, 1/8 final qarşılaşmaları dekabrın 2-də, 1/4 final görüşləri gələn il martın 2-də və 9-da, yarımfinallar aprelin 27-də və mayın 4-də, final matçı isə mayın 25-də olacaq.
Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Püşkatmaya qatılan komandalar:
Premyer Liqa: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
I divizion: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.

-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ
-
MDB7 Avqust 20:13
Moskvada DƏHŞƏT: kanalizasiya quyusu 13 gənci "UDDU"