Azərbaycan - İtaliya matçını 3 ölkənin hakimləri idarə edəcək
Bizi izləyin

İdman

Azərbaycan - İtaliya matçını 3 ölkənin hakimləri idarə edəcək

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - İtaliya matçının hakimləri məlum olub.

Publika.az xəbər verir ki, “Olimpiya” stadionunda təşkil olunacaq qarşılaşma şotlandiyalı baş hakim Uilyam Kolluma həvalə olunub. Ona irlandiyalı Damyen Makqreyt və fransalı Fransis Konnor yan xətt, şotlandiyalı Robert Madden və Con Biton əlavə köməkçi hakim, Alestair Mazer dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi finlandiyalı Aynar Leppanen, hakim inspektor hollandiyalı Marinus Koopmandır.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm