Messi polisin üzünə tüpürüb bıçaq çıxardı
Bizi izləyin

İdman

Messi polisin üzünə tüpürüb bıçaq çıxardı

"Barselona" və Argentina millisinin ulduzu Lionel Messinin qardaşı Matias polisə qarşı tərbiyəsizlik edib.

Publika.az xəbər verir ki, ulduz futbolçunun qardaşının idarə etdiyi maşını saxlayan polis, orada sənədi olmayan tapança aşkarlayıb. Hadisə Argentinanın Rosario şəhərində baş verib.

Bundan sonra polislə Matias Messi arasında mübahisə düşüb. Mübahisə zamanı Matiasın polisə tüpürdüyü və bıçaq çıxardığı deyilir.

Nəticədə polis məntəqəsinə aparılan Leonel Messinin qardaşı 16 saat sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Matias 2008-ci ildə də qanunsuz silah gəzdirdiyinə görə həbs edilmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm