Millinin futbolçusu qarət olundu
Bizi izləyin

İdman

Millinin futbolçusu qarət olundu

“Everton”un və İngiltərə millisinin futbolçusu Tom Kleverli qarət olunub. 26 yaşlı yarımmüdafiəçinin 175 min funt sterlinq məbləğində əmlakı oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə ötən həftəsonu baş verib. Quldurlar onu və həyat yoldaşı Corcina Dorsetti beysbol ağacıyla hədələyərək, iki avtomobilini, dizayner çantalarını, saat və zinət əşyalarını aparıblar.

Kleverli və Dorsett fiziki xəsarət almasalar da, 2 yaşlı qızlarına görə həyəcan keçiriblər. Hadisə ilə bağlı polis araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm