• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Pəhləvanlarımız Ramzan Kadırov Kuboku uğrunda güləşəcək

  • İdman
  • 8 Oktyabr 2015 18:22
  • 601 Baxış
Pəhləvanlarımız Ramzan Kadırov Kuboku uğrunda güləşəcək

Oktyabrın 10-11-də Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə yığma komandanın 10 üzvü iştirak edəcək. Heyətdə Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov, Qitinamaqomed Hacıyev (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Aleksandr Qostiyev, Hacı Əlicanov (hər ikisi 86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR