Növbəti saqqal qalmaqalı - Müsəlman olduğu üçün komandadan qovuldu
Bizi izləyin

İdman

Növbəti saqqal qalmaqalı - Müsəlman olduğu üçün komandadan qovuldu

Tanınmış futbolçu Qael Jive 2014-ci ildə transfer olunduğu "Evyan" klubundan ayrılma səbəblərinə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Fransa millisinin və "Monako"nun keçmiş futbolçusu, sadəcə, bir oyuna çıxdıqdan sonra komandadan uzaqlaşmasının səbəbi kimi ona “cihadçı” damğası vurulmasını əsas gətirib.

33 yaşlı futbolçu Fransa mətbuatına belə açıqlama verib:

“Evyan”la ilk oyunumdan 3 gün əvvəl olduqca axmaq və futbolla heç bir əlaqəsi olmayan səbəb üzündən klub prezidentinin qəbuluna çağırıldım. Nifrət etmişdim. Problem saqqal saxlamağım idi. Saqqalım çox uzun olduğu üçün kəsməyimi istədilər. Etiraz etdim və mənə qarşı münasibət dəyişdi. Müsəlmanlığı seçməyimə baxmayaraq, mənə cihadçı kimi davrandılar”.

Xatırladaq ki, Qael Jive solaxay müdafiəçidir. 2014-cü ildən bəri Fransanın “Arl-Avinyon” klubunda forma geyinir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm