
Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,
“qırmızı-qaralar”ın dünənki axşam məşqi Qəbələ şəhər stadionunda
baş tutub.
Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı
keçirəcək Roman Qriqorçukun komandası milli komandalarımızın
oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama
matçında qüvvəsini sınayacaq.
"Qəbələ" oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların
düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ
şəhər stadionunda keçiriləcək.