İdman
Qadın ağırlıqqaldıranımız Avropa çempionu oldu

Litvanın Klaypeda şəhərində yeniyetmə və 23 yaşadək ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası daha bir qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, Anastasiya İbrahimli 23 yaşadək qadın atletlərin mübarizəsində 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, birdən qaldırma hərəkətində üç yanaşmasından birini uğurla yerinə yetirib. Hafiz Süleymanovun yetirməsi 99 kq-ı ram edərək, kiçik gümüş medalı təmin edib. Təkanla qaldırma hərəkətində isə A.İbrahimli daha yaxşı çıxış edib. O, son yanaşmasında 127 kq-lıq ştanqı başı üzərinə qaldıraraq, ən yaxın izləyicisi, ukraynalı Mariya Xlyanı 2 kq üstələyib və kiçik qızıl medala sahib çıxıb. Milli komandanın üzvü ümumilikdə 226 kq (99 kq + 127 kq) nəticə ilə Avropa çempionatının yekun sıralamasında qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin 3-cü medalı olub. Anastasiya İbrahimlidən əvvəl Firudin Quliyev (69 kq) 23 yaşadək kişi ağırlıqqaldıranlar arasında qızıl, Allahyar Abışov (62 kq) isə yeniyetmələr arasında bürünc medala sahib çıxıb. Avropa çempionatında 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) mübarizə aparır.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çılğın etirazlarla qarşılaşa bilərsiniz
-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson