Simone Perrota: "Azərbaycanın İtaliya üzərində qələbəsi sürpriz olmaz"
Bizi izləyin

İdman

Simone Perrota: "Azərbaycanın İtaliya üzərində qələbəsi sürpriz olmaz"

“İtaliya millisi üçün çox önəmli bir oyundur. Düzdür, çətin olacağını bilirik, amma bu matçda qalib gəlməliyik”.


Bu sözləri Qol.Az-a açıqlamasında İtaliya Futbol Federasiyasının müşaviri Simone Perrota deyib.


“Avro-2016”nın seçmə mərhələsində bu gün millimizlə qarşılaşacaq İtaliya yığmasının sabiq üzvü görüş haqda fikirlərini bölüşüb:

“Qələbə qazanacağımız təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmiş olacağıq. Ona görə də komandamızın Bakıda qələbə qazanmasını istəyirəm”.

2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan veteran futbolçu komandamız haqda müsbət fikirlər səsləndirib: “Azərbaycan millisinin Robert Prosineçki ilə 4 oyundur məğlub olmadığını da bilirik. Amma hər zaman bir ilk var. Bəlkə də sabah bu, ilk olacaq və Azərbaycan İtaliyaya məğlub olacaq. Amma müasir futbolda nə qədər favorit göstərilsən də, güclər bərabərdir. Hər şey 11 futbolçunun göstərəcəyi gücdən asılıdır. Azərbaycan milli komandası da hazırda formadadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm