İdman
Pirlo Bakıda oynamayacaq

İtaliya milli komandasının futbolçusu Andrea Pirlo zədə üzündən Azərbaycan yığması ilə "Avro-2016"nın seçmə qrup matçında oynamayacaq.
Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı məlumata görə, bu barədə "Skuadra Adzurra"nın baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında açıqlama verib.
O, 36 yaşlı yarımmüdafiəçinin Bakıdakı məşq zamanı zədələndiyini bildirib. Konte Pirlonu Norveçlə oktyabrın 13-də keçirəcəkləri son seçmə oyuna hazırlayacaqlarını bildirib.
Lakin oktyabrın 9-na keçən gecə ölkəmizə gələn İtaliya yığması Bakı Olimpiya Stadionunda məşq etməyib. Daha doğrusu, futbolçular ot örtüyündə bir müddət gəzişdikdən sonra paltardəyişmə otağına yollanıblar. Bu halda Pirlonun nə zaman zədələndiyi sual doğurur.
Sportnet.az-ın kiçik araşdırması nəticəsində məlum olub ki, Pirlo İtaliya yığmasının Suraxanıda yerləşən və "Qarabağ"a məxsus "Azersun Arena"dakı məşqdə xəsarət alıb. Məşq isə ötən gün axşam yox, daha erkən saatlarda baş tutub. Bu məşq "Skuadra Adzurra"nın ictimaiyyətə açıqlanan hazırlıq proqramında göstərilməyib. Səbəb isə çalışmaların mediaya tam qapalı olmasıdır.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq.

-
Sosial11:26
Laçında həlak olan əsgərlərə şəhid statusu verildi
-
Hadisə11:05
Daha bir anti-korrupsiya ƏMƏLİYYATI: Vəzifəli şəxs həbs olundu
-
Avropa10:48
Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb
-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI