Belçika və Uels də AÇ-2016-da
Bizi izləyin

İdman

Belçika və Uels də AÇ-2016-da

AÇ-2016-nın seçmə mərhələsinin A, B və H qruplarında növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, A qrupunda Türkiyə millisi Çexiyanın qonağı olub. Keçən ay evdə Hollandiyanı böyük hesabla məğlub edərək (3:0) 3-cü pilləyə yüksələn türklər, pley-offa çıxmaq şansı verən bu pilləni qorumaq üçün çexlərlə oyundan 3 xalla ayrılmalıydı. Fatih Terimin yetirmələri bu işin öhdəsindən gəldi. Səlçuk İnan və Hakan Çalhanoğlunun qollarıyla qalib gələn türklər, qrupdakı son oyununda İslandiya ilə heç-heçə oynayacağı halda, pley-offa vəsiqə qazanacaqlar.

Türkiyənin qrupdakı əsas izləyicisi Hollandiya isə səfərdə Qazaxıstanın qonağı olub. "Narıncılar" qazaxları 2:1 hesabıyla məğlub etsələr də, türklərin çexləri məğlub etməsiylə birlikdə gələn ilki qitə birinciliyindən bir az da aralı düşüblər.

B qrupunda isə Andorranı 4:1 hesabıyla məğlub edən Belçika AÇ-2016-ya vəsiqəni təmin edib. Səfərdə Bosniyaya 0:2 hesabıyla məğlub olan Uels də qitə birinciliyinə vəsiqə qazanıb. Buna səbəb, uelslilərin ən yaxın izləyicisi İsrailin evdə Kiprə 1:2 hesabıyla məğlub olmasıdır.

AÇ-2016-nın seçmə mərhələsində millimiz evdə İtaliya yığmasını qəbul edib. Oyun yığmamızın 1:3 hesablı məğlubiyyətiylə nəticələnib.

Yığmamızın mübarizə apardığı H qrupunda daha iki oyun baş tutub. Oktyabrın 13-də evdə millimizi qəbul edəcək Bolqarıstan yığması səfərdə Xorvatiya ilə çətin oyuna çıxıb. Keçən ay Norveç və Azərbaycanla oyunlarda 5 xal itirən xorvatlar qitə birinciliyinə birbaşa vəsiqə şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıydı. Millimiz kimi AÇ-2016-ya yollanmaq şansı olmayan bolqarlar isə meydana prestij üçün çıxmışdı. Qarşılaşma Prosineçkinin həmyerlilərinin böyük hesablı qələbəsiylə nəticələnib.

Qrupun digər oyunundasa hazırda qitə birinciliyinə birbaşa vəsiqəni təmin edən 2-ci pilləni "zəbt edən" Norveç evdə qrupun aşkar autsayderi Maltanı məğlub edib - 2:0.

AÇ-2016. Seçmə mərhələ

10 oktyabr

A qrupu

21:00 Qazaxıstan - Hollandiya 1:2

Kuat, 96 - Viynaldum, 34. Sneyder, 50.

21:00 İslandiya - Latviya 2:2

Siqtorsson, 5. Siqurdsson, 27 - Kauna, 49. Sabala, 68.

23:45 Çexiya - Türkiyə 0:2

Selçuk İnan, 62-p. Hakan Çalhanoğlu, 80.

İslandiya – 20, Çexiya – 19, Türkiyə - 15, Hollandiya – 13, Latviya – 5, Qazaxıstan – 2.

B qrupu

23:45 Andorra - Belçika 1:4

Lima, 51-p - Nainqqolan, 19. De Bruyne, 42. Hazard, 56-p. Depoitre, 64.

23:45 Bosniya və Herseqovina - Uels 2:0

Dyuriç, 71. İbişeviç, 90.

23:45 İsrail - Kipr 1:2

Bitton, 76 - Dossa Junior, 58. Demetriu, 80.

Belçika – 20, Uels – 18, Bosniya və Herseqovina – 14, israil – 13, Kipr – 12, Andorra – 0.

H qrupu

21:00 Norveç - Malta 2:0

Tettey, 19. Soderlund, 52.

23:45 Xorvatiya - Bolqarıstan 3:0

Perişiç, 2. Rakitiç, 42. Kaliniç, 81.

İtaliya – 21, Norveç – 19, Xorvatiya – 17, Bolqarıstan – 8, Azərbaycan – 6, Malta – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm