“Turan”ın keçmiş futbolçusu vəfat etdi - YENİLƏNİB
Bizi izləyin

İdman

“Turan”ın keçmiş futbolçusu vəfat etdi - YENİLƏNİB

Tovuzun "Turan" komandasının sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyev vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist İlqar Tağıyev sosial şəbəkədəki profilində status paylaşıb.

48 yaşında dünyasını dəyişən sabiq futbolçu uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. Veteran futbolçunun ölümünə 2011-ci ilin mayında oyun zamanı keçirdiyi insult səbəb olub. Sonradan o, İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Veteran futbolçunun nitqində və yaddaşındakı problem get-gedə böyüyüb. Yaxınlarının bildirdiyinə görə, bu gün səhər uşağı qapının ağzında yerə yıxılıb. Bunu eşidən Sakit çölə çıxıb və o da qəfildən yerə sərilib. Təcili yardım çağırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb.

S.Alıyev uzun sürən xəstəlikdən sonra bu gün saat 7:00 radələrində 50 yaşında ikən dünyasını dəyişib. Mərhum bu gün Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə "Turan"da başlayıb. 1997-ci ildə "Kəpəz"ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev "Turan"da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə "Turan"la, 1998-ci ildə isə "Kəpəz"lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm