
"Rəvan"ın ukraynalı qapıçısı Kostyantin Maxnovski milliləşdirilib.
Publika.az xəbər verir ki, bunu 26 yaşlı qapıçının agenti Aleksandr Pankov açıqlayıb. O, bu barədə özünün "instaqram" səhifəsində yazıb:
"Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq".
"Rəvan"a bu yay transfer edilən qapıçının milliyə cəlb olunacağı gözlənilir.
Azərbaycan Premyer Liqasının ilk 7 turunda 12 qol buraxan ukraynalı futbolçu Kiyev "Dinamo"sunun yetirməsidir. O, vətənində "Dinamo-3" (2006), "Obolon" (2011-12), "Sevastopol" (2012-14), Polşada "Petrkoviya" (2007-08), "Lodz" (2008), "Legiya" (2008-11) klublarında çıxış edib.