İdman
Sadıq Sadıqovun istefası qəbul olunmayıb?

“Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov futbol klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdığını bəyan edib.
Publika.az xəbər verir ki, S.Sadıqov cüdoda olan işlərinin çoxluğu səbəbindən bu vəzifəsindən imtina edib. Ancaq o, “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri vəzifəsini hələ də icra edir.
Sadıqovun istefası ilə bağlı “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a belə açıqlama verdi:
“Müşahidə Şurasının üzvləri təsisçi tərəfindən müəyyən olunur. Bununla bağlı təsisçi tərəfindən kluba hər hansı məlumat verilsə, ictimaiyyətə açıqlanacaq. Klubun təsisçisi rəsmi məlumat bildirəndə açıqlayacağıq”.
Belə çıxır ki, Sadıq Sadıqovun “Neftçi” futbol klubunun Müşahidə Şurasının üzvlüyündən çıxması hələ rəsmi şəkildə təsdiqini tapmayıb.
Aygün İlqarqızı

-
MDB08:19
Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu