İdman
Türkiyə AÇ-nin final mərhələsində!

Dünən AÇ-2016-nın seçmə mərhələsində A, B və H qruplarında oyunlara yekun vurulub. Bununla da seçmə mərhələ başa çatıb.
Publika.az xəbər verir ki, Türkiyə millisi AÇ-2016-nın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün İslandiyayla ev oyununda ən azı bir xal qazanmalı idi.
Hollandiya millisi isə Çexiyayla oyunda 3 xal üçün mübarizə aparmaqla yanaşı, Türkiyənin məğlub olmasını arzulayacaqdı. Amma "ay-ulduzlular" seçmə mərhələdə ən yaxşı göstəriciyə malik 3-cü yeri tutmuş milli kimi də final mərhələsinə birbaşa vəsiqə qazana bilərdi. Bunun üçün Türkiyənin qələbəsiylə yanaşı, Qazaxıstan səfərdə Latviyanı məğlub etməliydi. Hər şey Türkiyə üçün ən yaxşı şəkildə cərəyan etdi. Beləliklə, qardaş ölkənin millisi Fransada keçiriləcək final mərhələsinə birbaşa qatılmaq haqqı qazandı.
B qrupunda AÇ-2016-ya vəsiqə verən ilk iki pillənin sahibləri bəlli olsa da (Uels, Belçika), pley-offa vəsiqə qazandıran 3-cü pillənin sahibinin kimliyinə son turda aydınlıq gələcəkdi. Bu yerə üç namizəd var idi - Bosniya və Herseqovina, Kipr və İsrail. Bosniya və Herseqovina millisi qərarlaşdığı 3-cü pilləni qoruyub saxlamaq üçün səfərdə Kipri məğlub etməliydi. Kipr isə pley-offa yollanmaq üçün evdə bosniyalıları məğlub etməklə yanaşı, İsrailin səfərdə Belçikaya qalib gəlməməsini arzulayacaqdı. Nəticədə, səfərdə Kipri məğlub edən Bosniya pley-offa vəsiqəni təmin edib.
AÇ-2016. Seçmə mərhələ
13 oktyabr
A qrupu
23:45 Hollandiya - Çexiya 2:3
Huntelar, 70. Van Persi, 83 - Kaderabek, 24. Sural, 35. Van Persi, 66-öz qapısına.
23:45 Türkiyə - İslandiya 1:0
Səlcuk İnan, 89.
23:45 Latviya - Qazaxıstan 0:1
Kuat, 65.
Çexiya – 22, İslandiya – 20, Türkiyə - 18, Hollandiya – 13, Qazaxıstan, Latviya – 5.
B qrupu
23:45 Belçika - İsrail 3:1
Mertens, 64. De Bruyne, 78. Hazard, 84 - Hemed, 87.
23:45 Kipr - Bosniya və H 2:3
Karalamb, 32. Mitidis, 41 - İbişeviç, 13. Medunyanin, 44. Dyuriç, 67.
23:45 Uels - Andorra 2:0
Remsi, 50. Beyl, 86.
Belçika – 23, Uels – 21, Bosniya və Herseqovina – 17, İsrail – 13, Kipr – 12, Andorra – 0.
H qrupu
23:45 İtaliya - Norveç 2:1
Florenzi, 73. Pelle, 82 - Tettey, 23.
23:45 Malta - Xorvatiya 0:1
Perişiç, 25.
23:45 Bolqarıstan - Azərbaycan 2:0
Aleksandrov, 20. Rangelov, 56.
İtaliya – 24, Xorvatiya – 20, Norveç – 19, Bolqarıstan – 11, Azərbaycan – 6, Malta – 2.

-
Sosial13:25
"Bu insidenti törədənlər CƏZALANDIRILACAQ" - Şeyx səfirliyə hücumdan danışdı - VİDEO
-
Dünya13:18
Yaponiya kömürlə işləyən İES-lərə YOX deməlidir! - BMT-nin baş katibi
-
Hadisə12:47
Saxtakar hərbçi ifşa olundu - RƏSMİ
-
Region12:01
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi
-
Sosial11:54
Şeyxülislam qan verdi
-
Nida Xəbər 11:48
Deputat "yamaqlı" Bakı-Quba YOLUNDAN yazdı: "Əminəm ki..."
-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir
-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi