Sumqayıt aykidoçuları 1 yaşlarını qeyd etdilər
Bizi izləyin

İdman

Sumqayıt aykidoçuları 1 yaşlarını qeyd etdilər

Azərbaycan Aykido Federasiyasının Sumqayıt regional şöbəsinin 1 yaşı tamam olub. Dünən Sumqayıtda bununla bağlı tədbir keçirilib. Məclisdə eyni zamanda Sumqayıt Regional Şöbəsinin sədri Elnur Kərimovun doğum günü də qeyd edilib.

Tədbirdə Sumqayıt və Bakı aykidoçuları, həmçinin onların yaxınları iştirak ediblər. Çıxış edən qonaqlar aykidonun həm bir idman növü, həm də yaşam fəlsəfəsi olaraq gənclərin həyatına müsbət təsirindən danışıblar.

Çıxış edən Elnur Kərimov da ətrafına toplaşan tələbələrini bir daha təbrik edərək, gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyyələrini verib. Ötən bir il ərzində “DOJO” (Aikido məktəbi) qaydalarına və nizam-intizama ciddi riayət edən tələbələr təşəkkürnamə ilə təltif edilib. Sonra Sumqayıtda aykidonun yaranmasında xüsusi əməyi olan Azərbaycan Aykido Federasiyasının rəhbəri sensey Fərhad Ələsgərova qonaqlar və tələbələr adından təşəkkür edilib.

Qeyd edək ki, Azərbaycan Aykido Federasiyasının Sumqayıt regional şöbəsi ötən il oktyabrın 31-də yaradılıb. Federasiyanın rəhbəri sensey Fərhad Ələsgərovun etimadı ilə Elnur Kərimov buraya sədr təyin olunub. Artıq bir il ötməsinə baxmayaraq, hazırda regional şöbədə 110 nəfər qeydiyyatdan keçib, 40 nəfər aktiv aykidoçu var.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm