Respublika stadionuna müvəqqəti rəhbər təyin olundu
Bizi izləyin

İdman

Respublika stadionuna müvəqqəti rəhbər təyin olundu

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Onun postunu tərk etməsinə səbəb kimi səhhətindəki problem göstərilmişdi. Artıq bu posta yeni rəhbər təyin olunub.

Publika.az xəbər verir ki, stadionun direktoru vəzifəsinə Şamil Quliyev gətirilib. Məlumata görə yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən də kollektivə təqdim olunub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Publika.az-a açıqlama verib. O bildirib ki, stadiona yeni direktor gətirilib. Ancaq Ş.Qurbanov bu vəzifəni müvəqqəti olaraq icra edəcək.

Şamil Quliyev əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb. Bu, onun idman sahəsində ilk işidir. Həmişəlik direktorun kim olacağı barədə isə dəqiq məlumat ala bilmədik.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm