Növbəti dünya çempionatı Hamburqda olacaq
Bizi izləyin

İdman

Növbəti dünya çempionatı Hamburqda olacaq

2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb.

Publika.az xəbər verir ki, AIBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) İcraiyyə Komitəsinin Qətərdə keçirilən toplantısında qurumun prezidenti Çinq Kuo Vu növbəti dünya çempionatının Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.

Üç federasiya tərəfindən namizədliyin irəli sürüldüyünü bildirən Çinq Kuo Vu Hamburqu seçmələrinin səbəblərini də açıqlayıb:

"Uzun sürən araşdırmalardan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".

Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas isə bu qərara sevindiklərini bildirib:

"Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".

Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm