• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Qəbələ – Borussiya D: Ən ucuz bilet...

  • İdman
  • 15 Oktyabr 2015 17:39
  • 1 175 Baxış
Qəbələ – Borussiya D: Ən ucuz bilet...

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Borussiya" (Dortmund) matçı üçün nəzərdə tutulan biletlərin satışa çıxarılacağı tarix və qiymətləri məlum olub.

Publika.az xəbər verir ki, almanlarla matç üçün ən ucuz bilet 3 manat olacaq. "Bakcell Arena"da baş tutacaq qarşılaşma üçün nəzərdə tutulan biletlərin qiymətləri 3, 5, 10 və 20 manatdır.

Azarkeşlər ulduzlar toplusu "Borussiya" ilə matçın biletlərini oktyabrın 19-dan etibarən stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR