İdman
Kikboksinq Federasiyasında yeni təyinat

Daha bir federasiyada yeni təyinat baş tutub.
Publika.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident vəzifəsinə iş adamı Səbuhi Rəcəb təyin edilib. Bu barədə federasiyanın prezidenti Adil Əliyev özü sosial şəbəkə vasitəsi ilə məlumat yayıb.
“Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə yeni təyin olunmuş vitse-prezidenti Səbuhi Rəcəb, kollektivimizə xoş gəldin, gözəl oğlan”.
Həmçinin A.Əliyev bildirib ki, S.Rəcəb idmançılarımızı daim dəstəkləyib, bundan sonra federasiyanın fəaliyyətində daha yaxından iştirak edəcək.
“S.Rəcəbi öz aramızda görməyimizdən məmnunuq”.
AKF-nin baş katibi Oruc Məmmədli də Səbuhi Rəcəbin təyinatıyla federasiyanın fəaliyyətinin daha da güclənəcəyini bildirib.
Qeyd edək ki, Səbuhi Rəcəb 15 ildən çoxdur ki, kikboksla məşğuldur. Həmçinin o, əvvəllər Azərbaycan Sambo Federasiyasında vitse-prezident kimi fəaliyyət göstərib.
Hazırda isə Türkiyə Sport Kombat Sambo Federasiyasında 1-ci vitse-prezidentdir, Sahibkarlar Konfederasiyasının üzvüdür. Ailəlidir 4 övladı var.

-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ