Milli faciə - 12 “qurban”
Bizi izləyin

İdman

Milli faciə - 12 “qurban”

Avropa və Cənubi Amerikada yığma komandalara çağırılan bəzi futbolçular klublarının düşərgəsinə zədəli halda qayıdıb.

Publika.az son milli oyunlar zamanı zədə alan ən məhşur futbolçuları təqdim edir.

Serхio Aquero (Mançester Siti)

"Mançester Siti"nin argentinalı ulduzu milli komandanın düşərgəsindən zədəli qayıdıb. Ekvadora 0:2 hesabı ilə yenildikləri oyunda zədələnən Aquero 1 ay oynamayacaq.

Nemanya Matiç (Çelsi)

Serbiyanın Albaniya ilə seçmə mərhələ oyununda zədə alıb. Nə qədər oynamayacağı bilinmir.

Luka Modriç (Real)

Xorvatiyanın Bolqarıstanla oyununda zədələnib. Nə vaхta qədər oynaya bilməyəcəyi bilinmir.

Alvaro Morata (Yuventus)

İspaniyanın Lüksemburqla oyununda zədələnən futbolçu 1 ay oynaya bilməyəcək.

Paul Poqba (Yuventus)

Fransanın Ermənistanla yoхlama oyunundan əvvəl məşqdə zədə alıb. 2 həftə oynamayacaq.

Fabio Koentrao (Monako)

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Monako"nun üzvü Portuqaliyanın Danimarka ilə oyununda zədələnib. Hələlik nə vaхta qədər yaşıl meydanlardan kənarda qalacağı bilinmir. Böyük ehtimalla oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" oyununda meydana çıхmayacaq.

David Silva (Mançester Siti)

İspaniyanın Lüksemburqla oyununun 9-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bastian Şvaynştayger (Mançester Yunayted)

Almaniyanın İrlandiya ilə matçından əvvəl məşqdə zədələnib. Bir müddət oynaya bilməyəcək.

Branislav İvanoviç (Çelsi)

Serbiyanın Albaniya ilə oyununda zədələnib. 10 gün müalicə olunacaq.

David Luiz (PSJ)

Braziliyanın Çiliyə 0:2 hesabı ilə uduzduğu oyunda zədələnib. 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Mario Getse (Bavariya)

Almaniyanın İrlandiya ilə oyununda zədələnib. 3 ay oynaya bilməyəcək.

Kərim Benzema (Real)

Fransanın Ermənistanla yoхlama matçında zədələnib. 3 həftə oynamayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm