19 taekvondoçumuz Avropaya gedir
Bizi izləyin

İdman

19 taekvondoçumuz Avropaya gedir

Oktyabrın 22-dən 25-dək Latviyanın Dauqavpils şəhərində gənclər arasında iyirminci qitə birinciliyi keçiriləcək.

Avropa Taekvondo Birliyi tərəfindən təşkil ediləcək yarışda taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri də qüvvələrini sınayacaqlar.

Təlim-məşq toplanışını başa vuran milli komandamız oktyabrın 18-də Latviyaya yollanıb.

Komandanın baş məşqçisi, əməkdar məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu yarışda 10 oğlan və 9 qız olmaqla ümumilikdə 19 gənc taekvondoçuya etimad göstərib. Oğlanlardan İlham Əliyev (45 kq), Qaşım Maqomedov (48 kq), Cavid Məmmədov (51 kq), Fuzam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (59 kq), Kamil Abdulrazakov (63 kq), Əliəskər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Həsən Məmmədov (78 kq) və Orxan Tağızadə (78 kq-dan yuxarı) mübarizəyə qatılacaq.

Zərif cinsin nümayəndələrindən isə 42 kiloqram çəki dərəcəsində Röya Hacıyeva, eləcə də Zarema Şamxalova (44 kq), İlayda Ciftci (46 kq), Ceren Özbek (49 kq), Şəms Həsənova (52 kq), Gülhanım Yeşildal (55 kq), Gülsüm Gültekin (59 kq), Jalə Əsədli (68 kq) və Daria Şkurko (68 kq-dan yuxarı) tatami üzərinə çıxacaq.

Milli komandamız oktyabrın 26-da Vətənə qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm