İdman
Dağıstandan 1 gümüş və 2 bürünc medal – FOTO/VİDEO
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb.
Publika.az xəbər verir ki, turnirdə iştirak
edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib
olub.
Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finala qədər inamlı güləşib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi 7:6, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu 9:3, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq finalda Rusiya güləşçisi Axmed Bataevə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
97 kq-da mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə ilk görüşdə ABŞ-dan Vinn Mixalak (6:3), ardınca Qazaxıstan təmsilçisi Mamed İbrahimov (2:0), Rusiyadan Zaynula Kurbanov (5:3) üzərində qələbə qazanıb. Ancaq yarımfinalda digər Rusiya təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə daha bir Rusiya təmsilçisini Azret Şoqenovu 7:3 üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub.
86 kq-da mübarizə aparan Hacımurad
Məhəmmədsəidov ilk görüşdə Qazaxstandan Nurali Baymuratovu
tam üstünlüklə məğlub etsə də, Rusiyadan Zəlimxan Minkailova
uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici
görüşlərə qatılmaq imkanı verib. Qazaxstandan Kanat Berdıev və
Azamat Dauletbekovu üstələyən Hacımurad bürünc medal görüşünə
çıxıb. Həlledici görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini
də məğlub edən təmsilçimiz turnirin bürünc medalına sahib olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
Kamran Əliyev təmsil edib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var