İdmançımız Mançesterdə bürünc medal qazandı
Bizi izləyin

İdman

İdmançımız Mançesterdə bürünc medal qazandı

Dünya Taekvondo Federasiyası tərəfindən İngiltərənin Mançester şəhərində təşkil olunan Qran-pri turnirinin III mərhələsi keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan millisi də həmin yarışda iştirak edib. Yığmamız turnirin 3-cü gününü 1 medalla bitirib.

Milli komandamıza medalı Patimat Abakarova qazandırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Dünya Oyunlarının qalibi üçüncü yerlə kifayətlənməli olub. O, yarımfinalda tailandlı Çanatip Sonkxama məğlub olub.

Qeyd edək ki, turnirin ilk günü Ayxan Tağızadə (68 kq), Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsüyə qalxa bilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm