Futbol üzrə daha iki yığma komanda yaradıldı - Azərbaycanda
Bizi izləyin

İdman

Futbol üzrə daha iki yığma komanda yaradıldı - Azərbaycanda

Azərbaycanda futbol üzrə iki yeni yığma komandanın yaradılması prosesinə start verilib. Bu barədə AFFA Məşqçilər Komitəsinin bugünki iclasında qərar verilib.

Publika.az xəbər verir ki, U-18 və U-20 yığmalarının yaradılması layihəsi çoxdan təklif olunub. Bu gün AFFA-nın baş katibi ilə görüşdə isə həmin təklifin icrasına qərar verilib: "İlk təlim-məşq toplanışı dekabrda Mərdəkan qəsəbəsində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək. Toplanışda U-20-də 21 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri, U-18-də isə 19 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri iştirak edəcək. Onların məşq vaxtını müəyyənləşdirəcəyik. Nəzarət isə Məşqçilər Komitəsinə verilib".

V.Sadıqov onu da bildirib ki, oktyabrın 22-də milli komandanın baş məşqçisi Robert Prosineçkinin iştirakı ilə bütün yığma komandaların baş məşqçiləri ilə birgə görüş keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm