
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçiriləcək AZAL–“Neftçi” matçının vaxtı dəyişdirilib.
Publika.az xəbər verir ki, oktyabrın 25-də keçirilməsi nəzərdə tutulan oyunun vaxtı iki gün əvvələ çəkilib. Bunun səbəbi turun bütün oyunlarının birbaşa yayımlanmasıdır. Beləliklə, qarşılaşma oktyabrın 23-də saat 15:00-da “AZAL Arena”da start götürəcək.