ŞOK: 10 milyona bir imza – FOTOLAR
Bizi izləyin

İdman

ŞOK: 10 milyona bir imza – FOTOLAR

"Real"ın ulduz futbolçusu Kristiano Ronaldo həyatının ən asan pulunu sadəcə bir imza qarşılığında qazanıb.

Publika.az xəbər verir ki, portuqaliyalı ulduz ötən aylarda Manhettanda yerləşən super, dəbdəbəli mənzil alıb. İddialara görə bu ev "Bozun 50 çaları" romanının ilham qaynağıdır. Kristiano həmin mənzil üçün 18,5 milyon dollar ödəyib. Artıq futbolçunun ətrafında dedi-qodular yayılmağa başlayıb. Belə ki, onun bu yatırımıyla Hollivuda addım atacağı iddia edilir.

Dünyaca məşhur rejissor Martin Skorzese yeni filmində ulduz oyunçunun evindən istifadə etmək istəyib. Rejissor bunun qarşılığında həmin filmdə Ronaldoya kiçik rol söz verib. Ancaq ulduz futbolçunun məşhurluğunun filmin önünə keçməsindən qorxan Martin Skorzese qərardan imtina edib. Bundan sonra o, Ronaldonu aktyorlar olan heyətdən çıxarıb. Ancaq tərəflər arasındakı anlaşmada bir maddə xüsusi diqqət çəkib.

Belə ki, "Ronaldo aktyorlar olan siyahıdan çıxarılarsa, 10 milyon avro təzminat ödənməlidir" maddəsi Skorzesenin bu qərarından sonra qüvvəyə minib. Məşhur rejissorun Kristiano Ronaldo üçün planlaşdırdığı rolu aktyor Çenninq Tatuma verməsi gözlənilir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm