Neymarın driblinqi və Arda Turanın imtinası – VİDEO
Bizi izləyin

İdman

Neymarın driblinqi və Arda Turanın imtinası – VİDEO

Texnika braziliyalı futbolçularda irsidir. Düzdü, planetin müxtəlif yerlərini təmsil edən istedadlı futbolçular həmişə olub. Amma braziliyalılar başqadı...

Publika.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Neymar məşqlərin birində etdiyi hərəkətlə yenə sosial şəbəkələrin gündəmini zəbt edib.

BATE ilə Çempionlar Liqası matçından əvvəlki məşqdə braziliaylı istedad elə bir driblinq göstərib ki, bunu oyundaşlarından nə Dani Alveş, nə də Arda Turan təkrarlaya bilib. Dani bir neçə dəfə cəhd etsə də, alınmayıb. Arda isə ümumiyyətlə “riskə getməyib”.

Yeri gəlmişkən, İspaniya çempionatının son turunda “Rayo Valyekano” üzərində qələbənin (5:2) əsas memarlarından biri elə Neymar olmuşdu. Poker və məhsuldar ötürməylə yadda qalan braziliyalı forvard rəqib müdafiəçiləri əməlli-başlı ayağına dolamışdı. O, hazırda La Liqanın bombardirlər siyahısına 8 qolla başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm