• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qafqaz Universitetində velotur keçirilib - FOTO

  • İdman
  • 21 Oktyabr 2015 15:09
  • 589 Baxış
Qafqaz Universitetində velotur keçirilib - FOTO

Qafqaz Universitetində Müstəqillik gününə həsr olunmuş velosiped turniri keçirilib.

Publika.az xəbər verir ki, turniri Universitetin nəzdindəki “İnteres” klubunun tələbələri təşkil edib. Turnirdə hər birində 4 nəfər olmaqla 26 komanda iştirak edib. Velosiped yarışının şərtlərinə əsasən dörd nəfərlik komanda üzvlərindən ikisi oğlan, ikisi isə qız olmalı idi.

Onu da qeyd edək ki, turnirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Velosiped İdmanı federasiyası tərəfindən altı ədəd velosiped və kaskalar gətirilib. Bundan başqa tələbələrin və iştirakçıların marağına səbəb olan böyük şarlar da turnirin keçiriləcəyi məkana xüsusi gözəllik qatıb. Sonda velosiped turnirinin daimi keçiriləcəyi təşkilatçılar tərəfindən vurğulandı və velosiped yarışının qalibləri kuboklarla mükafatlandırılıb.

Qeyd edək ki, “Qafqaz Universiteti” ilə Azərbaycan Velosiped İdmanı federasiyası arasında əməkdaşlıqla bağlı 2014-cü ildə qarşılıqlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, federasiya klub üzvlərinin velosiped idman növünün sirlərinə yiyələnməsinə və ustalıq səviyyəsinin artırılmasına yardım edəcək, həmçinin maddi-texniki bazanın yaradılmasına dəstək verəcək. Müqavilə 5 il müddətinə nəzərdə tutulub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR