Dünya şöhrətli qolkiper "Neftçi"nin bazasında - FOTOLAR
Bizi izləyin

İdman

Dünya şöhrətli qolkiper "Neftçi"nin bazasında - FOTOLAR

SSRİ yığmasının və Moskva "Spartak"ının keçmiş üzvü Rinat Dasayev bu gün "Neftçi"nin təlim-məşq bazasına baş çəkib.

Publika.az xəbər verir ki, UEFA Gənclər Liqası çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyuna görə Bakıya gələn AÇ-1988-in gümüş, olimpiya oyunlarının bürünc mükafatçısı "Ağ-qaralar"ın üzvləri ilə görüşüb. Qonağa "Neftçi"nin forması və rəmzləri hədiyyə edilib. Dasayev hazırda "Spartak" klubunda qapıçılarla işləyən məşqçidir.

Dünya şöhrətli qolkiper səfərlə bağlı Moskva klubunun rəsmi saytına danışıb:

"SSRİ çempionatı zamanı "Neftçi"ylə oyunlara görə dəfələrlə bu şəhərə səfərə gedirdik. Burda çoxlu dostum var. Onların dediyinə görə, Bakı indi daha da gözəlləşib. Bu şəhərin indi daha çox futbol komandası var. Bakı həmişə qonaqpərvər şəhər olub. "Spartak" üçün burdakı oyunlar çox çətin keçirdi. "Neftçi" çox yaxşı komanda idi. Görün, bu klubda necə futbolçular çıxış edirdi - Ponomaryov, Cavadov, Əhmədov, qapıçı Kramarenko... Heç-heçə çox az hallarda qeydə alınırdı - ya biz udurduq, ya da onlar".

Sabiq qapıçı "Neftçi" indiki Rusiya çempionatında çıxış etsəydi, neçənci yeri tutardı" sualına da cavab verib:

"Turnir cədvəlinin ortalarında olmazdı. Yəqin ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparardı. "Neftçi"nin səviyyəli futbolçuları çox idi. Ümumiyyətlə, SSRİ çempionatında zəif komanda yox idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm