Onu da cəzalandırdılar – Rüşvətə görə
Bizi izləyin

İdman

Onu da cəzalandırdılar – Rüşvətə görə

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov korrupsiyada əli olduğuna görə Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilə bağlı istənilən fəaliyyətdən iki il müddətinə kənarlaşdırılıb. Bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Publika.az xəbər verir ki, FİDE-nin sabiq baş katibi sinqapurlu İqnatius Leonq da eyni cəzaya məruz qalıb. Federasiyanın apardığı təhqiqat nəticəsində məlum olub ki, ötənilki prezident seçkiləri ərəfəsində bu posta iddialı olan Kasparov və təşkilatın ovaxtkı baş katibi Leonq müqavilə bağlayıblar.

Müqaviləyə əsasən Kasparov FİDE prezidenti seçkilərində Asiya regionu federasiyalarının səslərinə görə, Leonqa 500 min dollar ödəyib. Nəticədə Kasparov seçkiləri uduzdu, təşkilatın rəhbəri postuna isə yenidən Kirsan İlümjinov seçildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm