Arşavinin həyat yoldaşı onun xəyanətindən danışdı – “Məni iyrəndirir”
Bizi izləyin

İdman

Arşavinin həyat yoldaşı onun xəyanətindən danışdı – “Məni iyrəndirir”

Arşavinin həyat yoldaşı onun xəyanətindən danışdı – “Məni iyrəndirir”

Rusiya futbolunun ulduzu Andrey Arşavinin həyat yoldaçı ondan ayrıldığını bildirib.

Publika.az xəbər verir ki, Andrey Arşavinə 3 uşaq dünyaya gətirmiş Yuliya Baranovskaya onu hamiləliyinin 5-ci ayında atan “Zenit”in forvardını xəyanətdə və satqınlıqda ittiahm edib: “Biz Andreylə ailəni, həyatı, sosial rifahı sıfırdan başlamışıq. Mən gələndə onun nə təmtəraqlı evi, sürücüsü olan maşını və hesablarda küllü miqdarda pulu yox idi. Biz tanış olanda onun “Zenit”dəki gələcəyi qeyri-müəyyən idi.

O, əsasən ehtiyat skamyasında oturardı. Mən bir dəfə, iki dəfə matça gəldim və heç bir ələsalma olmadan ona dedim: “90 dəqiqədir burada otumuşam və bir topun dalınca qaçan hansısa kişiləri görürəm. Sən onsuz da son üç dəqiqədə oyuna çıxırsan. Bəlkə mən oyunun sonunda gəlim?”

Yox, biz hər şeyi asta-asta, addım-addım başlamışıq... O, məni öz arvadı kimi qəbul edirdi. Biz ayrılanda nikahın olmamasının fəsadını hiss etdim. İndi isə fikirləşirəm ki, rəsmi nikah vacibdir. Nikah hər kəsin həyatında olan böhran zamanı kömək edir.

2012-ci ilin yanvarında Andrey bir neçə futbol klublarından təklif aldı. Qarşıda Avropa çempionatı vardı, London “Arsenal”ında isə elə də uğurları yox idi. Futbol jarqonunda “kirayə” adlanan uzunmüddətli məzuniyyətlərə getməkdən boyun qaçırırdı. O, deyirdi ki, uşaqları tədris ilinin ortasından məktəbdən götürə bilməz və eyni zamanda da məni tək qoymaq istəmirdi.

Çox çətin idi, xarici ölkədə iki balaca uşaq və mən özüm də hamilə. Ancaq görürdüm ki, bu işə hava kimi ehtiyacı var, yoxsa Avropa çempionatı onsuz keçiriləcəkdi. Son anda o, “Zenit”lə müqavilə imzaladı. O getdi, mən isə qaldım. Hər gün dəfələrlə zəng edib güzəranımızı soruşardı. Apreldə uşaqlarla Sankt-Peterburqa tətilə gəldik. 2 həftə qaldığımız müddətdə Andeydən bir saniyə də olsun ayrı qalmadıq. Demək olar ki, bu bizim ideal bal ayımız idi. Gələcək üçün planlar cızırdıq və hətta yeni evimizin planını hazırlayacaq dizaynerlə müqavilə də imzaladıq.

Mən uşaqlarla Londona qayıtdım və bir həftədən sonra dostlarımdan onun hansısa qızla göründüyünü öyrəndim. Bu mənim üçün aydın gündə ildırım kimi idi. Hadisələrin necə belə tez döndüyünü indiyədək başa düşə bilmirəm. O qadının bizim münasibətlərin tezliklə yox olmasına çalışdığından şübhələnirəm. Ailəli kişini ailəsindən ayırmağın nə olduğunu bilmirəm və kişi uğrunda mübarizə aparmaq isə məni iyrəndirir.

Münasibət işdir. Böyük iş. Mən xəyanəti faciəvi, qeyri-adi hesab etmirəm. Lakin satqınlıq? Bu artıq başqa məsələdir. Mənimlə baş verənləri xəyanət kimi qiymətləndirmirəm. Mən bunu ən azı satqınlıq kimi qiymətləndirirəm. Çünki mən başqa cür adlandırıla bilməyəcək şəkildə köməksiz vəziyyətdə idim. Hamiləliyin beşinci ayı gedirdi”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm