“Qəbələ”dən təsəlli qolu - 1:3 (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Qəbələ”dən təsəlli qolu - 1:3 (YENİLƏNİB)

Qarşılaşmanın əsas hissəsi qonaqların üstünlüyü ilə başa çatdı. Əlavə dəqiqədə isə Dodo "Qəbələ"nin təsəlli qolunu vurdu - 1:3. Qarşılaşma bu hesabla da başa çatdı.

21:41

Qarşılaşmanın 72-ci dəqiqəsində Aubameyanq üçüncü qolu “Qəbələ”nin qapısından keçirərək het-trikə imza atıb – 0:3.

20:45

Qaşrılaşmanın 38-ci dəqiqəsində “Qəbələ”nin cərimə meydançasına daxil olan Abameyanq qapını dəqiq nişan alaraq özünün və komandasının ikinci qolunu vurub.

20:35

Oyunun 31-ci dəqiqəsində “Qəbələ”nin müdafiəçilərinin səhvindən sonra topu ələ keçirən qonaqlar hesabı açıblar. Reusun ötürməsini Abameyanq dəqiq zərbə ilə tamamlayıb – 0:1

20:01

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Qəbələ" evdə Dortmund "Borussiya"sını qəbul edəcək.

"Qırmızı-qaralar" növbəti mərhələyə vəsiqə şansını davam etdirmək üçün bu oyundan mütləq xalla ayrılmalıdı. Avropa Liqasında son 5 ev oyununda qol buraxmayan "Qəbələ" bu oyundan da xalla ayrılmaq niyyətindədir.

Bu, "Borussiya"nın ölkəmizə ikinci səfəridir. "Sarı-qaralar" bundan öncə 2010-cu ildə Bakıya səfər etmişdi. Dortmund təmsilçisi Avropa Liqasının 2010/11 mövsümünün pley-off mərhələsində "Qarabağ"la üz-üzə gəlmiş və hər iki oyunu qələbəylə başa vurmuşdu (4:0, 1:0).

Avropa Liqası. Qrup mərhələsi, 3-cü tur

22 oktyabr

20:00 Qəbələ (Azərbaycan) - Borussiya D (Almaniya)

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

UEFA nümayəndəsi: Filippe Prudon (Fransa)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

Bakı. "Bakcell Arena" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm