İdman
Qalib gələcəyimizə əmin idim - Tomas Tuxel
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qəbələ"yə qalib gələn (3:1) "Borussiya"nın (Dortmund) baş məşqçisi Tomas Tuxel oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Tuxel oyunda qalib gələcəklərinə əmin olduqlarını deyib:
- Oyunun əvvəllərində rəqib bir çox qol vəziyyəti
yarartdı. Bunun səbəbi nə idi?
- Buna səbəb rəqibin yaxşı oyunu idi. Onlar sürətli hücumlar
qururdular. Oyunun əvvəllərində çox zəif oynadıq. Ancaq sonradan
toparlandıq.
- Sizcə, oyunun ilk dəqiqələrində "Qəbələ" fərqlənsəydi,
belə rahat qələbə qazana bilərdiz? Bir də, ilk dəqiqələrdə zəif
oyununuz "Qəbələ"yə zəif rəqib kimi yanaşmaqla bağlı deyildi
ki?
- Oyunda qalib gələcəyimizə əmin idik. Düzdü, ilk dəqiqələrdən zəif
təsir bağışladıq, ancaq sonradan toparlanmağı bacardıq. Əlbəttə,
qol vurulsaydı, işimiz çətin olacaqdı. Belə oyunlarda xüsusilə ilk
qol əhəmiyyətlidi. Bizim "Qəbələ"yə böyük hörmətimiz var. Rəqib
yaxşı komanda idi.
- Müəyyən səbəblərdən Mxitaryan bu oyunda iştirak
etmədi. Belə bir deyim var "qalib heyəti dəyişməzlər". "Qəbələ"ylə
növbəti oyunda Mxitaryan çıxış edəcək?
- Bəli. Əmin ola bilərsiz ki, Mxitaryan növbəti oyunda çıxış
edəcək.
- "Qəbələ"nin hansı futbolçusunun oyununu bəyəndiz?
Sizcə, "Qəbələ"nin oyunçularından hansısa Bundesliqada oynaya
bilər?
- Kimisə fərqləndirməyim ədalətsizlik olardı. Mən "Qəbələ"nin 2-3
oyununu izləmişəm. Buna əsasən, komandanın Bundelsiqada çıxış edib
etməyəcəyini demək çətindi. Ancaq komandanın qapıçısını və 10
nömrəli futbolçunun adını çəkə bilərəm.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI