Baş məşqçi ən çox kimə güvənir? - SİYAHI
Bizi izləyin

İdman

Baş məşqçi ən çox kimə güvənir? - SİYAHI

Kikboksinq üzrə yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhimov oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatına yollanan idmançılardan danışıb.

Publika.az-a açıqlama verən baş məşqçi kikboksçuların yaxşı nəticələrlə qayıdacağına inandığını deyib:

“Ümumilikdə bütün uşaqların hazırlıqları yaxşı səviyyədədir, güclüdür. Hansının daha yaxşı olub-olmayacağını deyib ayırmaq istəmirəm. Amma komandamızın tərkibində kifayət qədər titullu idmançılar var - Eduard Məmmədov, Ramal Aslanov, Camal Məmmədov, Ehram Məcidov və bir çoxları... Onu da bildirək ki, Ehram Məcidov bu yarışa həm məşqçi, həm də idmançı kimi yollanır. Onun yetirmələri də döyüşəcək. Təbii ki, tanınmış, titullu idmançılarla yanaşı, gənclərə də yer vermişik. Heyətdə gənclərdən - Anar Məmmədov (51 kq), Çingiz Əhmədzadə (gənclər arasında dünya və Avropa çempionu, 51 kq), Söhrab Əzimov (gənclər arasında Avropa çempionu 51 kq) kimi idmançılar var.

Baş məşqçi dünya çempionu titulunu təkrarlayacaq kikboksçulardan da danışıb:

“Bilirsiniz ki, Eduard Məmmədov WAKO versiyası üzrə 3-dəfə çempion olub. İnşallah növbəti dəfə bu uğuru təkrarlayar. Ehram Məcidov da bu versiya üzrə dünya çempionu olub, növbəti dəfə təkraralayacağına inanırıq. Titullu idmançılarımız çoxdur, hazırlığımız da yüksək səviyyədədir. Federasiyamızın prezidenti Adil Əliyevlə görüşümüz oldu. O da idmançılarımıza öz xeyr-duasını verdi”.

Daha sonra E.Əbdülrəhmanov mükafat haqqında da məlumat verib:

“Bir ildi bu yarışa hazırlaşırdıq. Amma son 2 aydır ki, daha güclü hazırlaşırıq. Bilirsiniz bu həvəskar yarışdır. Xüsusi mükafat fondu yoxdur. Hər bir ölkə nəticə verən öz idmançılarını mükafatlandırır”.

Yığma komandanın tərkibi:

Anar Məmmədov- 51 kq LOWKICK

Çingiz Əhmədzadə- 51 K-1

Ramiz Məmmədov - 54 LOWKICK

Elşad Ələsgərov- 54 K-1

Ruslan Musayev - 57 LOWKICK

Jamal Məmmədov - 57 KICKLIGHT

Zöhrab Əzimov - 60 LOWKICK

Elnur Daryagir – 63.5 LOWKICK

Eduard Məmmədov – 63 KICKLIGHT

Turan Gafarov - 67 K-1

Ramal Aslanov - 61 LOWKICK

İbrahim Məmmədov 71 k-1

Emil Möhsümzadə - 71 LOWKICK

Əlişan Aslanlı -75 K-1

Musa Abdullayev - 79 KICKLIGHT

Bəybala Quliyev - 81 LOWKICK

Xəyal Əhmədov -81 K-1

Elnur Əliyev – 84 KICKLIGHT

Orxan Məlikov - 86 LOWKICK

Fuad Zeynalov -89 KICKLIGHT

Zamiq Atakişiyev - 91 LOWKICK

Anar Məmmədov – 91 K-1

Ağalar Sadıxzadə +91 LOWKICK

Vüqar Cavadov -94 KICKLIGHT

Ehram Məcidov +94 KICKLIGHT

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm