İdman
Azarkeşlər hakimləri döydü

Gürcüstan çempionatının II liqasında "Baxmaro" və "Sulori" komandaları arasında keçirilmiş futbol matçı zamanı kütləvi insident baş verib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, oyun başa çatdıqdan sonra "Sulori" azarkeşləri meydançaya girərək, hakimləri söyüşlə və fiziki üsulla təhqir ediblər.
Baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Futbol Federasiyasının
(GFF) yeni prezidenti Levan Kobiaşvili İmereti Regional Futbol
Federasiyasında olub. Regional federasiya rəsmiləri ilə görüşdə
L.Kobiaşvili insidenti müzakirə edərək tərəflərin arqumentlərini
dinləyib. O, insident iştirakçılarının sərt cəzalandırılmasının
vacibliyini bildirib.
Qeyd edək ki, Levan Kobiaşvili oktyabrın 5-də GFF prezidenti
seçilib. O, yeni vəzifədə Zviad Siçinavanı əvəzləyib.

-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız