İdman
Qomesin müqaviləsindəki “təhlükəli bənd” - “Beşiktaş” narahatdı

“Beşiktaş” rəhbərliyi alman forvardı Mario Qomeslə bağladığı müqaviləyə yenidən baxmaq istəyir.
Qomeslə iki illik anlaşması olan “qartallar”ı müqavilədəki bir bənd narahat edir. Müqavilədə nəzərdə tutulub ki, mövsümün sonunda həm futbolçu istəsə, klubu tərk edə bilər, həm də klub istəsə, heç bir təzminat ödəmədən Qomeslə yollarını ayıra bilər.
Moskva “Lokomotiv”iylə Avroliqa oyununda (1:1) komandasının yeganə qoluna imza atan Qomesin mövsüm sonunda İstanbuldan ayrıla bilmək ehtimalı artıq “qartallar”ın rəhbərliyini narahat etməyə başlayıb.
Məsələ burasındadı ki, alman hücumçuyla başda “Volfsburq” olmaqla bir neçə klubun maraqlandığı deyilir. “Beşiktaş” rəhbərliyini narahat edən də budu. Ona görə də, “qartallar”ın tezliklə Qomeslə müqaviləyə yenidən baxmaq üçün masa arxasına oturacağı iddia olunur.
komanda.az

-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ
-
MDB7 Avqust 20:13
Moskvada DƏHŞƏT: kanalizasiya quyusu 13 gənci "UDDU"