Azad Rəhimovun ABŞ səfəri başladı
Bizi izləyin

İdman

Azad Rəhimovun ABŞ səfəri başladı

26 oktyabr 2015-ci il tarixdən başlayaraq Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır.

Publika.az xəbər verir ki, Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Laurens Probstun dəvəti ilə Amerikaya rəsmi səfərə yola düşən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

Bakı 2015 Avropa oyunlarının tarixdə ilk dəfə olaraq keçirilməsi, bu oyunların dünya idman tarixinə imza atması, ölkəmizdə yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək ölkəmizin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi nazir Azad Rəhimovun rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır.

Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.

30 oktyabr tarixinədək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm