“Toxunulmaz adam”ın da kreslosu laxladı
Bizi izləyin

İdman

“Toxunulmaz adam”ın da kreslosu laxladı

Keçən mövsümü çempion kimi başa vurmasına baxmayaraq, cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo tezliklə istefaya göndərilə bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

İngilis həmkarlarımız "Çelsi"nin İngiltərə Premyer Liqasının növbəti turunda baş tutacaq "Liverpul"la oyunda qalib gəlməyəcəyi halda, klub rəhbərliyinin Mourinyonu istefaya göndərəcəyini yazıblar.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis "Çelsi"də əvvəl məşqçi olduğu dövrdə də çempion olduğu mövsümdən sonra uğursuz nəticələr əldə etmiş və sonda istefa verməyə məcbur olmuşdu. Maraqlıdır ki, “toxunulmaz adam” bir müddət öncə jurnalistlərin ona istefasıyla bağlı verdikləri suala belə cavab vermişdi:

"Hətta "Çelsi" mövsümün sonunda orta pillələrdə qərarlaşsa belə, mən istefaya göndərilməyəcəm".

Hazırda hesabında 11 xal olan "Çelsi" İngiltərə Premyer Liqasında 15-ci pillədə qərarlaşıb. "Zadəganlar" 10 turdan sonra lider "Mançester Siti"dən 11 xal geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm