Saniyədə 148 dollar qazanan adam... – Varlıların siyahısı açıqlandı
Bizi izləyin

İdman

Saniyədə 148 dollar qazanan adam... – Varlıların siyahısı açıqlandı

Dünyaca məşhur “Forbes” jurnalı 2015-ci ilin ən dəyərli idmançılarının siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahının lideri dünyanın bir nömrəli qolfçusu Tayger Vudsdur.

“İlk 10-luq”da futbol camiəsindən sadəcə bir nəfər yer alıb. O da “Real”ın ulduz oyunçusu Kriştiano Ronaldodur. O, 16 milyon dollarlıq dəyəri ilə 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Messi ötənilki siyahıda 12 milyon dollarla 9-cu pillədə yer almışdı. Bu dəfə Leo ilk "10-luq"dan kənarda qalıb.

Xatırladaq ki, bir neçə il öncə Tayger Vudsun saniyədə 148 dollar qazandığı da açıqlanmışdı.

İlk "10-luq"
1. Tayger Vuds (qolf, 30 milyon dollar)
2. Fil Mikelson (qolf, 28 milyon)
3. Lebron Ceyms (basketbol, 27 milyon)
4. Rocer Federer (tennis, 27 milyon)
5. Mahendra Sinqh Dhoni (kriket, 21 milyon)
6. Useyn Bolt (yüngül atletika, 18 milyon)
7. Kevin Durant (basketbol, 18 milyon)
8. Kriştiano Ronaldo (futbol, 16 milyon)
9. Rori Makilroy (qolf, 12 milyon dollar)
10. Floyd Meyvezer (boks, 11,5 milyon)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm