“Sumqayıt” pul payladı - 26250 manat
Bizi izləyin

İdman

“Sumqayıt” pul payladı - 26250 manat

Azərbaycan Premyer Liqasında 9-cu turun "Sumqayıt" - "Qarabağ" (1:0) oyunundan sonra meydan sahiblərinin klub prezidenti Kamran Quliyev futbolçulara mükafat vəd etmişdi.

Publika.az derbi.az saytına istinadən xəbər verir ki, komandanın hər bir üzvü bu gün Lənkərana səfərə çıxmazdan əvvəl mükafatlarını alıblar.

Əsas heyət üzvlərinin hər birinə 1500, oyuna sonradan çıxanlara 1125, ehtiyatda qalanlara 750 və ilk “18-liy”ə düşməyənlərə isə 375 manat məbləğində mükafat verilib. Ümumilikdə isə rəhbərlik futbolçulara 26250 manat pul ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm