AZAL-ın büdcəsi artırılır
Bizi izləyin

İdman

AZAL-ın büdcəsi artırılır

AZAL futbol klubunun yaşadığı maliyyə problemi hamıya məlumdur. Hətta bu, futbolçuların da məvacibinə ciddi ziyan vururdu. Belə ki, futbolçular son bir neçə ay idi maaş üzünə həsrət qalmışdı.

AZAL klubunun rəhbərliyi deyəsən bu problemi aradan qaldırmağa çalışır. Belə ki, rəhbərlik klubun maliyyə durumunu yaxşılaşdırmağa, ayrılan pulu artırmağa niyyətlənib.

Publika.az-ın bu məlumatını AZAL-ın baş məşqçisi Tərlan Əhmədov da təsdiqlədi. Baş məşqçi maliyyə durumu ilə bağlı problemlərin olmasını bildirsə də, bunun aradan qaldırılması üçün büdcənin artırılacağını dedi:

“Sponsorumuz büdcənin artacağına söz verib. Durumumuzun ötən mövsümkündən daha yaxşı olacağı deyilir. Bu da bizə xeyir edir. Belə ki, vəziyyət yaxşılaşarsa, qış fasiləsində heyəti gücləndirə bilərik”.

T.Əhmədov büdcənin konkret məbləği barədə məlumat vermədi:

“Klubun büdcəsinin konkret nə qədər olacağını, məbləğini açıqlaya bilməyəcəm. Sözün düzü, heç özümün də bu barədə dəqiq məlumatım yoxdur, sadəcə artımın olacağını bilirik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm