İdman
Voleybolçularımız avrokubokda mübarizəyə başladı
Azərbaycanın qadın voleybolçulardan ibarət 4 klubu Avropa kuboklarında mübarizəyə başlayır.
Publika.az xəbər verir ki, "Lokomotiv", "Azərreyl", "Azəryol" və "Telekom" komandaları 28-29 oktyabrda ilk görüşlərini keçirəcəklər.
"Azəryol" klubu CEV kubokunun 1/16 finalında Rumıniyanın Tarqovitse şəhərinin eyniadlı komandası ilə qarşılaşacaq. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu bolqarıstanlı Borislav Yordanov və yunanıstanlı Teodora Kiriopoulou idarə edəcək.
Sabah həm də "Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Bu komandalar eyni qrupa düşüb. A qrupunda gedən mübarizədə "Azərreyl" Almaniyanın "Ştutqart", "Lokomotiv" isə Rusiyanın "Dinamo" (Kazan) klubu ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 18:00-da Bakıdakı Voleybol Mərkəzində və Kazandakı "Sankt-Petersburq" arenasında keçiriləcək. Paytaxtdakı görüş polşalı hakim Katarzina Sokolla estoniyalı Toomas Muruloya həvalə olunub. Kazanda isə finlandiyalı Kari Partiainen və kiprli Georgios Papageorgiou ədaləti qoruyacaq.
Çempionlar Liqasının E qrupunda mübarizəyə start verəcək "Telekom" isə ilk görüşünü oktyabrın 29-da Polşanın "İmpel Vrotslav" klubuna qarşı keçirəcək. Bakıdakı "Sərhədçi" İdman Olimpiya Kompleksində keçiriləcək oyun saat 17:00-da start götürəcək. Bu qarşılaşmada Ukraynadan Viktor Kozlovski və İsraildən Roy Qoren hakim qismində meydana çıxacaqlar.
Qeyd edək ki, "Azəryol" və "Lokomotiv" komandaları Çempionlar Liqasının A qrupunda "Dinamo" və "Ştutqart"la birgə yer alıblar. "Telekom"un mübarizə aparacağı E qrupunda isə "Fənərbağça", "İmpel Vrotslav" və "Drezdner" klubları yer alıb.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!