2 nəfər stadionda itkin düşdü
Bizi izləyin

İdman

2 nəfər stadionda itkin düşdü

Stadiondan iki nəfər yoxa çıxıb. Hadisə "Liverpul"un ev oyunlarını keçirdiyi "Enfild" arenasında ekskursiya zamanı baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.

Polis stadiondakı bütün personalı evakuasiya edib və axtarışlara start verilib.

Hələ ki, itkin düşmüş 2 nəfər barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, "Liverpul" bu gün İngiltərə Liqa Kubokunda doğma meydanda "Bornmut"la üz-üzə gəlməlidir.

Məlumat üçün bildirək ki, "Enfild" stadionu 1884-cü ildə tikilib. Stadionun tutumu 45,5 min nəfərdir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm