Qalmaqal - Vitse-prezident 2 milyon dollar rüşvət alıb
Bizi izləyin

İdman

Qalmaqal - Vitse-prezident 2 milyon dollar rüşvət alıb

Qalmaqal - Vitse-prezident 2 milyon dollar rüşvət alıb

Qətər Futbol Federasiyası FİFA-nın vitse-prezidentinə 2 milyon dollar rüşvət verib.

Publika.az xəbər verir ki, bu haqada məlumatı The Telegraph yayıb. Qətərlilər FİFA-nın keçmiş vitse-prezidenti Djek Uornerə və onun ailəsinə 2 milyon dolları dünya çempionatının keçirilməsi üçün hüquqa yiyələndikdən sonra veriblər.

Vəsaitin 1,2 milyon dolları şəxsən 71 yaşlı Uornerin özünə, qalan 800 min dollar isə oğluna verilib. Məlumatda bildirilir ki, artıq trinidadalı məmurun məsələsi ilə bağlı araşdırmalara başlanılıb. Uornerin Mayamidə yaşayan oğlu da məsələ ilə bağlı dindirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm