İdman
Premyer Liqada 100-cü qol – VİDEO

Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub.
Publika.az xəbər verir ki, yubiley qolu 10-cu turun “Qarabağ” - “Rəvan” matçına təsadüf edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qol mövsümdə 100-cü olub. Belə ki, əvvəlki 9 turda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən, paralel oynanılan “Neftçi” - “İnter” və “Qarabağ” - “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalıydı. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından, yubiley qolu ağdamlıların hesabına yazılıb.
Əlamətdar topu rəqib qapısından Vüqar Mustafayev keçirib. Bu da onun Premyer Liqada ilk qoludur. O, buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub.

-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN