Toğrul Əsgərova Avropanın ən yaxşı idmançısı adı verildi
Bizi izləyin

İdman

Toğrul Əsgərova Avropanın ən yaxşı idmançısı adı verildi

2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırıldı.

Publika.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Qeyd edək ki, 26 oktyabr tarixindən öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya Komitəsini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm