“Xəzər Lənkəran”ın stadionu su altında qaldı - FOTOLAR
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”ın stadionu su altında qaldı - FOTOLAR

Ötən gecədən başlayaraq aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub.

Publika.az xəbər verir ki, çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran" mərkəzi stadionu su altında qalıb. Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun açıqlamasına görə suyun səviyyəsi 35 sm qalxıb.

Mətbuat katibinin sözlərinə görə, qarşısıalınmaz vəziyyətə çatan sular stadionun inzibati binasının zirzəmisinə daxil olub. O, hazırda bütün qüvvələrini kluba məxsus sənədləri binadan çıxarmağa yönəltdiklərini bildirdi.

Ətraf kəndlərin də su altında qaldığını bildirən H.Cəbrayıloğlu FHN əməkdaşlarının da hadisə yerində işlədiyini və lazımi tədbirlər görüldüyünü dedi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm