Dünya şöhrətli azərbaycanlı boksçu öldü
Bizi izləyin

İdman

Dünya şöhrətli azərbaycanlı boksçu öldü

Boks üzrə türkiyəli dünya çempionu Sinan Şamil Sam vəfat edib. Tanınmış idmançı Mərmərə Universitetinin xəstəxanasında qara ciyər xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu ayın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Boksçunun səhhəti ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu da yaxından maraqlanıb. "Boğazın buğası" ləqəbli boksçu bu gecə vəfat edib. Mərhum Ankarada dəfn olunacaq.

Qeyd edək ki, Sinan 1974-cü ildə Almaniyada doğulub. Ağır çəkili peşəkar boksçu Almaniya azərbaycanlılarından olub. Əsli Türkiyənin Qars şəhərindəndir.

Uğurları...

9 dəfə Türkiyə Çempionu

1992-ci ildə Gənclər arasında keçirilən Avropa Çempionatının ikincisi

1992-ci ildə Monreal, Gənclər arasında Dünya Çempionu

1993-cü ildə - Türkiyənin Bursa şəhərində keçirilən Avropa Çempionatında 2-ci yer

1995-ci ildə Almaniyanın Berlin şəhərində Həvəskarlar arasında Dünya Çempionatının 3-cüsü

1998-ci ildə Belarusiyada Minsk şəhərində Həvəskarlar arasında təşkil olunmuş Avropa Çempionatında 3-cü yer

1999 Hyustonda Dünya Çempionatında birinci yer

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm