AFFA “İnter”in puluna göz dikdi
Bizi izləyin

İdman

AFFA “İnter”in puluna göz dikdi

2015/16 mövsümündə Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ", "Qəbələ", "Neftçi" və "İnter" klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.

Publika.az xəbər verir ki, klubların hesablarına aşağıdakı məbləğdə pul köçürülüb:

Qarabağ - 950 000.00 avro

Qəbələ - 630 000.00 avro

Neftçi - 200 000.00 avro

İnter - 630 000.00 avro

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ", "Qəbələ" və "Neftçi" klubunun hesabına köçürülüb.

AFFA ilə "İnter"in rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter"in hesabına köçürüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm